Eksklyuziv Dizayn

Evinizin rahatlığı — rifahın və güclü ailənin bir əlamətidir. Yalnız rahat bir mənzildə insan özünü sakit və komfortlu hiss edə bilər, gücünü bərpa edə və əylənə bilər. Məhz belə mənzilə insan yenidən qayıtmaq istəyər. Mənzilin rahatlığı yüz minlərlə xırda detallardan ibarətdir.

Evinizdə ən başlıca rahatlığı və komfortu məhz mebel yaradır. Axı, o, otaq əhval-ruhiyyəsini düzəltməklə yanaşı, bir çox funksiyonal rolları da yerinə yetirir. Düzgün seçilmiş mebel, mənzilin sahibinin zövqünün əlamətidir. Yaxşı mebel isə istifadədə davamlılıq və praktiklik deməkdir. Şirkətimiz mebel istehsalında ixtisaslaşmışdır. Bu, məhz ele mebel olacaq ki, davamlılığı ilə seçiləcək və evinizə və ya ofisinizə mükəmməl uyğunlaşdırılacaq. Biz həm mebel istehsalı, həm interyer dizaynı ilə məşğuluq, həm də frezer işlərini həyata keçiririk.

Niyə bizimlə əməkdaşlıq edirlər

Müştərilərimiz bizə önəmlidir

Biz kollektiv olaraq öz müştərilərimizə sədaqətlə xidmət etməyə hər zaman hazırıq. Bizim üçün hər müştəri önəmlidir.

Təcrübəliyik

Təcrübəli və peşəkar mütəxəssisləri bir araya topladıq. Bizdə yalnız kreativ və dürüst ustalar və mühəndislər çalışır.

Gecikmə olmur

Müştəri tərəfindən qoyulan vaxta əsasən layihəni qururuq. Və mütəxəssislərimiz işinizi vaxtı-vaxtında bitirir. Biz bu sahədə nömrə 1-ik!

Missiyamız

Missiyamız — insanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun, yüksək keyfiyyətə malik olan mebelləri istehsal edib münasib qiymətə onlara təqdim etməkdir. Onların arzuladığı ev mühitini formalaşdırmalarına kömək etməkdir.

Bu missiyaya uyğun olaraq şirkət məhsulun dizaynı, qiymətinin münasibliyi, istehlakçılara rahat əldə edəbilmə imkanı yaradılması istiqamətlərində daima özünü təkmilləşdirməkdədir.

  • Müxtəlif dizaynlı ev mebeli istehsalı
  • Kommersiya üslublu dizayn
  • Peşəkar kadrlar
  • Sürətli istehsal
  • Yüksək keyfiyyətli xammal tədarükü
  • Çatdırılma
0
İl Fəaliyyət Görsədirik

Şirkətimiz 1995-ci ildə yaradılıb

0
İxtisaslı İşçi

Mebel istehsalı haqqında bütün məlumata sahib olan mütəxəssisləri topladıq.

0
Uğurlu Layihə

Hazırladığımız bütün layihələr müştərilərimiz tərəfindən müsbət rəy aldı.

Niyə bizə etibar edirlər

Müraciət edin, biz mənzilinizə yeni bir nəfəs verib və zövqlü rənglər qatacağıq. Biz hər bir layihəyə dəblə, stillə, eleqant və zövqlə yanaşırıq.

Görülən İşlərə keyfiyyət zəmanəti

Biz hər mərhələdə işlərin icrasına nəzarət edirik. Dizayn hazırlanmasından tutmuş, son olaraq mebel rəngləməsinə qədər.

Münasib qiymət

Elənilmiş işin məbləği hazırladığımız məhsulun keyfiyyəti və əməkdaşlarımızın peşəkarlığı ilə uyğun gəlir.

İstehsal sürəti

Biz heç vaxt müştərilərimizi qoyulan vaxtla məyus etmirik. Yeni texnologiyaların istifadəsi sayəsində mebel istehsalı tez bir zamanda həyata keçirilir. Hazır mebel mənzilinizə və ya ofisinizə danışılmış vaxtda çatdırılacaqdır.

İndividual yanaşma

Şirkətimiz hər bir müştəriyə xüsusi diqqətlə yanaşır. Buna görə də, layihəni həyata keçirərkən, bütün istəklərinizi nəzərə alacağıq və sizi məmnun buraxmaq üçün əlimizdən gələni 100% nəticə ilə edəcəyik.

rəylər
Uşaqlara çox sağol, işlərindən məmnunam. Əkizlərim üçün iki yaruslu çarpayı sifariş verdim. Əsas meyar rahatlıq və təhlükəsizlik idi. Hər şeyi vaxtında və bütün istəklərimə uyğun olaraq tamamladılar və təhvil verdilər. Çarpayı uşaq otağına çox yaraşdı və oğullarım həqiqətən də çox bəyəndilər.
Səbinə Məmmədova
Müştəri
Daxili quraşdırılmış mətbəx sifariş verdik. Görülən işlərin nəticəsindən çox razıyıq. Mütəxəssislər dizaynda bizə kömək etdilər, özləri maketi düzəltdilər və hazırladırlar. Gözlədiyimdən daha yaxşı oldu. Bundan əlavə bütün kollektiv ünsiyyətdə çox xoşdur. Həmişə hər şeyi izah edə, göstərə və kömək edə bilərlər. Onlara mütləq kompüter masasına görə də gələcəm.
Aynur Əliyeva
Müştəri

əlaqə

Hər hansı bir sualınız yaranarsa bizə e-poçt göndərə və ya zəng edə bilərsiniz. Suallarınızı cavablandırmaqda məmnun olarıq.

  • info@adf.az
  • Nizami küç. 196