mebellərin dizaynı

Evinizdə stilli, funksionallı, rahat, komfortlu mebelə sahib olmaq istəyirsiniz? Mətbəxdəki mebelinizin otağın ölçüsünə mükəmməl uyğunlaşmasını istəyirsinizmi? Dolabların eni və hündürlüyünü optimallaşdırmağa ehtiyacınız var? Və ya bəlkə böyük paltar şkafının əvəzinə bütün geyimlərinizi optimal yerləşdirə biləcək dolabın dizaynını etmək istəyirsiniz? Belə isə, biz Sizə cəsarətli və standart olmayan həllərdə kömək göstərməyə hazırıq.

01

Bizim komandada yaradıcı və kreativ dizaynerlər işləyir, onların köməyi ilə siz öz ideyalarınızı gerçəkləşdirə bilərsiz. Onlar sizin ideyalarınıza əsasən gələcək mebellərinizin dizaynını qrafik proqramda yığacaq və sonra sizə nümayiş etdirəcəklər. Bizim mütəxəssislər detallara çox diqqətlə yanaşır və mebel dizaynının yaradılmasında ən xırda nyuansları belə qaçırmırlar.

Funksionallıq və yığcamlıq müasir evlərim mühüm hissəsidir. Otağın ölçüsünə nəzərən, xoş əhval-ruhiyyə yaradan, sıxıcı olmayan, qabarmayan, dağılmayan mebellər hazırlayacağıq.

Dizaynerlərimiz rəngləri necə uyğunlaşdırmağın və hansı aksessuarları seçməyin ən yaxşı variantını sizlərlə bölüçəcəklər. Hansı materialı istifadə etmək və ya hansını istisna etmək lazım olduğunu deyəcəklər. Dəqiq ölçmələrə riayət edərək, otağınıza uyğun bir mebel layihəsi yaradacaqlar. Siz bizim peşəkarlara tamamilə etibar edə bilərsiniz, çünki onlar böyük təcrübələri sayəsində düzgün seçim etməyinizə kömək edəcəklər.

Dizaynerlərimiz hər zaman yeni dəbdən xəbərdar olurlar, mütəmadi olaraq bacarıqlarını artırırlar və zamanla ayaqlaşırlar.

Əlaqə

Hər hansı bir sualınız yaranarsa bizə e-poçt göndərə və ya zəng edə bilərsiniz. Suallarınızı cavablandırmaqda məmnun olarıq.

  • info@adf.az
  • Nizami küç. 196