İnteryer dizaynı

Şirkətimiz otaqların, ofislərin daxili interyer dizaynını həyata keçirir. İstəyinizə uyğun dizayn maketi hazırlanır, razılaşdırılır və ona uyğun mebel istehsal edirik. Mütəxəssislərimiz tərəfindən istehsal dönəmində yalnız keyfiyyətli materiallar istifadə olunur. Nümunə olaraq, bir sıra layihələrimizlə aşağıdakı şəkillərə keçid alaraq tanış ola bilərsiniz.

01

Siz təkcə mebel dizaynı layihəsini deyil, həm də mənzilinizin və ya ayrı otaqların daxili interyerin dizaynını sifariş edə bilərsiniz.

  • Rəngə, formaya, ölçüsünə, materialına uyğunlaşdırmaq;
  • Stil yaratmaq;
  • Ahəngdarlıq yaratmaq və birləşdirmək;
  • Zövqlə seçim etmək;
  • Üstünlüklərini, müsbət cəhətlərini vurğulamaq və qüsurları gizlətmək.

Dizaynerlərimiz bunu bacarır və sizə kömək etməyə tam hazırdırlar. Geyim stili var, ünsiyyət tərzi var, ancaq evinizdəki stil də çox mühüm amildir. Çətin iş günündən sonra rahat bir müasir interyerli mənzildə həftə sonunu keçirmək insana çox xoş əhval-ruhiyyə verir. Düzgün yaradılan atmosfer və interyer sayəsində qonaqları təəccübləndirmək və onları özünüzə bir qədər də yaxın etmək üçün bayram günlərində dəvət etmək əla fürsətdi.

Mənzil üçün minimalizm, loft və ya fyujn. Bəlkə ev və ya bağ üçün kantri və ya etnik üslubu. Sizə ideyalar təklif edəcəyik, bir maket hazırlayacağıq və sizinlə razılaşdıracayıq. Düzgün dizayn yaratmaq üçün yüzlərlə xırda detalları — divar kağızı rəngindən tutmuş, furnitura formalarına kimi hər şeyi nəzərdən keçirmək lazımdır. Yaradıcılıq sənəti — uyğunlaşdırmaq, vurğulamaq, düzgün təşkil etmək və birləşdirmək bacarığıdır.

Daxili interyer dizaynını bizdə sifariş verdiyiniz zaman, hər bir şeyi zövqlü üslubda yerləşdirmək və tənzimləmək üçün artıq özünüzü yormağa ehtiyac qalmır. Müştərilər bizə güvənirlər və onları məyus etməyə haqqımız yoxdur.

Əlaqə

Hər hansı bir sualınız yaranarsa bizə e-poçt göndərə və ya zəng edə bilərsiniz. Suallarınızı cavablandırmaqda məmnun olarıq.

  • info@adf.az
  • Nizami küç. 196