ADF Company Sizi öz saytında görməkdən çox məmnundur... "Brand Award Azerbaijan" Ən yaxşı brend milli mükafatında iştirak edən ADF Company iki naminasiyada qalib olmuşdur (ən yaxşı akkumulyator , ən yaxşı sürtgü yağları) . ADF rəhbərliyi və kollektivi səs vermədə iştirak edən bütün iştirakçıları salamlayır və qalibləri təbrik edir. Lahiyəni təşkil olunmasında və yüksək səviyyədə həyata kecrməsinə görə Xəzər İnteqrasiya İşgüzar Klubu (CIBC) rəhbərliyinə təşəkkür edirik.

1993-cü ildə yaradılmış “ADF” firması Azərbaycan bazarında uğurla fəaliyyətini davam etdirir. Şirkət starter, sabit cərəyan mənbəyini təmin edən və stasionar akkumulyatorların (0,5 A/s-dan 5000 A/s-dək) təchizatında aparıcı yer tutur, habelə mühərrik və sənaye yağlarının təchizatında fəaliyyət göstərir.
Bütün dünyada tanınan və ölkə sənayesinin ən mühüm sahələri üçün zəruri olan məhsulların rəsmi distribütorluğunu əldə etməsi şirkətin inkişafının əsas göstəricisidir.
Şirkətin ən mühüm vəzifəsi müəssisələrin planlı, ritmik və səmərəli işinə dəstəyi təmin edən keyfiyyətli müasir təchizat sistemini yaratmaqdır. Şirkət əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin maraqlarını və tələbatlarını daimi diqqət mərkəzində saxlayır. İnkişaf etdirilmiş keyfiyyətə nəzarət sistemi məhsulun təchizatının təşkili üzrə gələcək iş fəaliyyətində mümkün neqativ halları aşkara çıxarmağa və nəzərə almağa imkan verir. Servis xidməti texniki nəzarəti, zəmanətli təmiri və zəmanətli qulluğu təmin edir. Şirkətin işinin əsas prinsipləri bunlardır: səriştəlilik və peşəkarlıq, mallar və qiymətlər barədə məlumatların əlçatan və dolğun olması, məhsulların təchizatının keyfiyyətinə və müddətlərinə görə məhsuliyyət, daimi sifarişçilərlə tərəfdaşlıq münasibətləri, yüksək səviyyəli servis xidməti.

Marketinq araşdırmalarından nəticəsi olaraq, “ADF” firması həmişə Azərbaycan bazarının tələbat və maraqlarına cavab verməyə çalışır. Hazırda “ADF” firması Asiya, Avropa və Şimali Amerikanın bir sıra iri istehsalçı zavodlarının məhsullarını Azərbaycana idxal edir.

Şirkətin idarəetmə sistemi ISO 9001:2000 beynəlxalq standartına uyğundur.

 

 

MEDALISTGeneral Motors DAEWOO Corporation tərəfindən əsası qoyulmuş Amerikanın Delkor zavodunun istehsal etdiyi, heç bir qulluq tələb etməyən akkumulyator batareyaları: istehsalat prosesində ən yeni patentləşdirilmiş texnologiyaların tətbiqi ilə fərqlənirlər. ətraflı

 

BM-Energy – qurğuşun-kalsium xəlitəsindən istifadə edilməklə ən yeni texnologiyalar əsasında doldurulmuş, tutumu 36 A/s-dan 220 A/s-dək olan, qulluq tələb etməyən akkumulyator batareyalarının geniş çeşidi starter batareyalarının bütün tətbiq diapazonunu əhatə etməyə imkan verir. ətraflı

 

Petro-Canada – patentləşdirilmiş texnologiyalar əsasında 99,9% təmizlənmə nəticəsində əldə edilmiş bu yağlar dünyada ən təmiz yağlardır, onların tərkibində zərərli qatışıqlar yoxdur, istismar müddəti qalan yağlara nisbətən daha uzundur, özlülük xassələrini daha uzun müddətə saxlayırlar. ətraflı / video 

 

Petrol Ofisi – güclü texnoloji avadanlıq sayəsində bu sürtgü yağları  Türkiyədə dünyanın 21 ölkəsinə ixrac edilən mineral yağların istehsalı sahəsində liderlərdən biridir. ətraflı

 

“Avropa Podşipnik Korporasiyası” (“Европейская Подшипниковая Корпорация”) – Rusiyanın ən iri podşipnik istehsalçısıdır, bütün konstruksiya qruplarına aid olan, xarici diametri 19 mm-dən 4500 mm-dək, kütləsi 50 qr-dan 11 tonadək olan geniş çeşidli diyircəkli podşipniklər istehsal edir. Onun məhsulları “Buran” orbital gəmisində, “Lunoxod”da, habelə Amerikanın “Atlas” raketində istifadə olunmuşdur. ətraflı

az

 

az

 

az

 

az

 

az

 

design by DIZART